Bakı metrosunda BƏDBƏXT hadisə - Kişi sərnişin qəfil ÖLÜB 

Bakı metrosunda BƏDBƏXT hadisə - Kişi sərnişin qəfil ÖLÜB 

Hazırda oxunan: Bakı metrosunda BƏDBƏXT hadisə - Kişi sərnişin qəfil ÖLÜB 

174911

Metronun “Qara Qarayev” stansiyasında halı pisləşən sərnişin dünyasını dəyişib. 

Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni”QSC-nin Mətbuat Xidmətindən bildirilib.

Qurumun məlumatında qeyd olunub ki, "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinin halı pisləşdiyi üçün maşinistə daxil olan məlumat əsasında dərhal tədbirlər görülüb.

Dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimalla 67 yaşında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO