Gözdən əlillər necə səs verəcək?

Gözdən əlillər necə səs verəcək?

Hazırda oxunan: Gözdən əlillər necə səs verəcək?

174889

Seçki prosesində xəstələrin və qocaların səs vermələrini təmin etmək üçün mobil səsvermə qutuları təşkil olunacaq. Bu, Seçki Məcəllənin tələbinə əsasən həyata keçirilir. Yəni, bu, bizim komissiyaların vəzifəsizidir. Əgər səsvermə günü obyektiv səbəbdən məntəqəyə gələ bilməyən seçici varsa, onlar qeydiyyata alınır.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 24-də jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, mobil qutuların çatdırılması da Məcəllənin tələbinə uyğun olaraq, müəyyən tərəflərin müşayiəti ilə həyata keçirilir. Eyni zamanda, bütün məntəqələrdə Brayl əlifbası ilə də səsvermə imkanı yaradacağıq. Həmçinin hərəkət məhdudiyyətli insanlar üçün pandusların quraşdırılmasına başlanılıb. Maksimum dərəcə çalışmışıq ki, bu qəbildən olan bütün seçicilərimizin hüquqlarını təmin edək. 
Qeyd edək ki, Brayl əlifbası 1821-ci ildə Luis Brayl tərəfindən ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO