Ukraynalı deputatlar Azərbaycanda prezident seçkilərini müşahidə EDƏCƏK 

Ukraynalı deputatlar Azərbaycanda prezident seçkilərini müşahidə EDƏCƏK 

Hazırda oxunan: Ukraynalı deputatlar Azərbaycanda prezident seçkilərini müşahidə EDƏCƏK 

174781

Ukrayna Ali Radasının nümayəndə heyəti fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Ali Radadan (parlament) məlumat verilib. 

Bildirilib ki, müşahidə missiyasına Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk başçılıq edəcək. 

Müşahidə missiyasına ukraynalı deputatlar - Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux, Sergey Bunin və Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun beynəlxalq məsələlər üzrə müşaviri Oleksandr Mişenko daxildir. 
Ukrayna Ali Radasının müşahidə missiyası fevralın 4-8-də Azərbaycanda səfərdə olacaq, seçkinin nəticələrinə dair hesabat hazırlayacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO