Şimal-Qərb bölgəsinə qar yağır – FOTO  

Şimal-Qərb bölgəsinə qar yağır – FOTO  

Hazırda oxunan: Şimal-Qərb bölgəsinə qar yağır – FOTO  

174671

Şimal-Qərb bölgəsinə növbəti qar yağır. Gecə saatlarından başlayaraq Şəki-Zaqatala rayonlarında havanın temperaturu xeyirli aşağı düşüb, qar yağmağa başlayıb. 

Bizim.Media-nın yerli bürosu Şəki Regional Hidrometeorologiya Müəssisəsinə istinadən bildirir ki, gecə saatlarından başlayan qar dağlıq və dağətəyi yaşayış məntəqələrində 5-7 sm, aran ərazilərdə isə 2-4 sm arasında dəyişir. 

Ötən gündən başlayaraq bölgə rayonlarında havanın temperaturu da aşağı enməyə başlayıb.

Belə ki, bu gecə dağlıq ərazilərdə mənfi 2-5 dərəcə arasında şaxta qeydə alındığı halda, aran yaşayış məntəqələrində 0 dərəcə müşahidə edilib. Qarın yağması bölgə rayonlarında hələlik istər enerji, istərsə də nəqliyyat sektorunda heç bir çətinlik yaratmayıb. 





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO