“Rusiyanın 2022-ci ilin fevral ayında başlatdığı müharibə Ukrayna dövləti və hələ də bizimlə qardaşlıq bağları olan Ukrayna xalqına qarşı deyildi ”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında bildirib.
O, xüsusi əməliyyatın səbəbinin Kiyevin hazırda Ukraynada çoxluq təşkil edən rusdilli ukraynalılara qarşı total diskriminasiya siyasəti olduğunu qeyd edib.
Lavrov xatırladıb ki, Rusiya 2014-cü ildən bəri yeddi milyona yaxın ukraynalını öz ərazisinə qəbul edib.
“Kiyev rejimi iflasa uğramaq üzrədir. Qərb isə münaqişənin həllinə mane olur. Qərbin Kiyevə yardımı açıq şəkildə Ukrayna böhranının sülh yolu ilə həlli axtarışlarını çətinləşdirir. Əgər Ukrayna bu gün döyüşləri dayandırsa, onun yüz minlərlə vətəndaşı Qərbin geosiyasi
maraqları uğrunda ölməli olmayacaq”, - deyə Rusiya XİN başçısı bildirib.
Bizim.Media