Şəbnəm Tovuzlu: “Oğlum adımı “Dollar Şəbnəm” qoyub” – VİDEO 

Şəbnəm Tovuzlu: “Oğlum adımı “Dollar Şəbnəm” qoyub” – VİDEO 

Hazırda oxunan: Şəbnəm Tovuzlu: “Oğlum adımı “Dollar Şəbnəm” qoyub” – VİDEO 

174555

Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu oğlu Əli ilə birlikdə canlı efirə çıxıb. 

Bizim.Media xəbər verir ki, “İncə səhər” verilişində qonaq olan sənətçinin övladı aparıcı Vüsalə Əlizadənin suallarına verdiyi cavabları ilə diqqət çəkib. 

Geyimlərinin əksəriyyətinin anasının deyil, atası Hacı Ramilin aldığını söyləyən Əli vurğulayıb ki, Şəbnəm toydan evə gəldiyindən aldığı qonorarı özü sayır. 
Vüsalənin “Anan pulları yığır, ev alır?” sualına müğənninin övladı “Hə” deyə cavab verib. 

Bu anda isə Şəbnəmin üz ifadəsi “180” dərəcə dəyişib. Daha sonra aparıcının “Atanın, yoxsa ananın pulu çoxdur?” sözlərinə Əli “Anamın pulu çoxdur” deyə fikrini bildirib. 

Onun bu sözlərinə isə Şəbnəm belə reaksiya verib: 

“Əli dünyaya gələndən ona bir-iki dəfə geyim almışam. Onun bütün geyimlərini atası alır. O öz zövqü ilə oğlunu geyindirir. Oğlum Əli mənim adımı “Dollar Şəbnəm” qoyub. Oğlum çölə çıxanda məndən böyük məbləğdə pul istəyir. Amma uşağı pula öyrəşdirib, onu pulla böyütmək istəmirəm. Bu, düzgün deyil. O, pulu görür, fərqləndirir. Deyir ki, ana sənin pulun çoxdur, mənə ver. Mən isə deyirəm ki, atanın pulu mənim pulumdan daha çoxdur. Ona görə də get, ondan istə (gülür)”. 

Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramil ilə nikahından isə müğənninin Əli adlı oğlu var. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO