İsmayıllının 9 ildir davam edən “lyuk” problemi nə vaxt HƏLL OLUNACAQ? – FOTO 

İsmayıllının 9 ildir davam edən “lyuk” problemi nə vaxt HƏLL OLUNACAQ? – FOTO 

Hazırda oxunan: İsmayıllının 9 ildir davam edən “lyuk” problemi nə vaxt HƏLL OLUNACAQ? – FOTO 

174542

Təqribən 9 ilə yaxındır ki, İsmayıllı rayonun bir neçə məhəlləsində kanalizasiya qapaqlarının yerdən təqribən 7-8 sm hündür olması əhalini narahat edir. Bu vəziyyət isə əsasən sürücülər üçün daha çox çətinlik yaradır. 

Avtomobillərinin altının qapaqlara dəyməsindən və əzilməsindən təngə gələn sürücülər bu vəziyyətin tez bir zamanda aradan qaldırılmasını istəyirlər.

Bu barədə Bizim.Media-nın Aran bürosuna rayon sakinləri məlumat veriblər. 

Kanalizasiya qapaqları yoldan çox hündürdədir, avtomobillər isə hərəkət edə bilmir. İsmayıllının bəzi məhəllələri bu vəziyyətdədir. 


Sakinlər bildirib ki, bir neçə il əvvəl rayonda su-kanalizasiya xətləri yeniləndikdən sonra yollar yararsız vəziyyətə düşüb. Bu müddətdə küçələrə asfalt döşənmədiyi üçün lyuklər hündürdə qalıb. 

Bu vəziyyət rayonun Füzuli küçəsi dalan 2-də, Zeynalabdin Tağıyev və Babadağ küçələrində özünü daha çox büruzə verir. Bu küçələrdə hərəkət edən sürücülər hər dəfə çətin anlar yaşamaq məcburiyyətində qalırlar. Kanalizasiya qapaqları küçənin ortasında olduğundan avtomobillər ya onun üzərindən keçməlidir, yada onun üzərinə çıxmalıdır. Hər iki halda isə sürücülər təhlükəli anlar yaşayırlar.

Məsələ ilə bağlı İsmayıllı Su Kanal İdarəsi ilə əlaqə saxladıq. İdarənin baş mühəndisi Kənan Muradəliyev Bizim.Media-nın yerli bürosuna açıqlamasında bildirib ki, yolların asfalt olmayan hissəsində qapaqların hündürlüyü  15-20 sm olaraq nəzərdə tutulub: 


“Bunun səbəbi isə qısa müddət ərzində həmin küçələrdə asfaltlama işlərinin başlanacağının deyilməsi idi. Belə olan halda isə bu hündürlük təmin olunmasa, kanalizasiya qapaqları aslaftın altında qalacaqdı”. 

Bundan sonra İsmayıllı rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışdıq. İsmayıllı rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, hər il olduğu kimi, bu il də rayon ərazisində məhəllələrarası təmir tikinti işləri, asfalt örtüyünün çəkilməsi nəzərdə tutulub: 

“Adı çəkilən ərazilər o cümlədən rayonun Füzuli küçəsi dalan 2-də, Zeynalabdin Tağıyev və Babadağ küçələrində bu ilin sonuna kimi asfalt örtüyü salınacaq və problem öz həllini tapacaq”.


Ümid edək ki, aidiyyəti qurumun verdiyi söz, söz kimi qalmaz və adı çəkilən küçələrə asfalt örtüyü salınar. 

Mövzunu diqqətdə saxlayacağıq.










Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO