Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Hazırda oxunan: Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

174441

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb. 

Dəm qazından Naxçıvan şəhər sakinləri, 1986-cı il təvəllüdlü Cəfərova Sevinc Yaqub qızı, 2005-ci il təvəllüdlü Qasımova Rəna Tural qızı və Qasımov Hüseyn Tural oğlu zəhərlənib.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardım göstərilən zərərçəkənlərin vəziyyətləri normaldır. 

Verilən məlumata görə, onlar bu gün evə buraxılacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO