Azərbaycan ilə Tanzaniya arasında əməkdaşlığın perspektivləri müzakirə edildi - FOTO

Azərbaycan ilə Tanzaniya arasında əməkdaşlığın perspektivləri müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan ilə Tanzaniya arasında əməkdaşlığın perspektivləri müzakirə edildi - FOTO

174205

Yanvarın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tanzaniya Birləşmiş Respublikasının xarici işlər və Şərqi Afrika əməkdaşlığı naziri Yanvar Makamba ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Tanzaniya arasında turizm, təhsil, humanitar, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın perspektivləri, habelə çoxtərəfli platformalarda işbirliyi məsələləri müzakirə edilib.

Ölkələrimiz arasında çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlıq gündəliyindən bəhs edən Ceyhun Bayramov Azərbaycan və Tanzaniya tərəfindən Qoşulmama Hərəkatı və BMT kimi çoxtərəfli platformalarda irəli sürülən namizədliklərə və layihələrə göstərilən qarşılıqlı dəstəyin səviyyəsindən məmnunluğunu ifadə edib. Bu məzmunda iki ölkə arasında həyata keçirilən işçi təmasların rolu xüsusi vurğulanıb.

Söhbət zamanı iki ölkə arasında siyasi məsləhətləşmələrin intensivləşməsinin, ikitərəfli qanunvericilik bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb, Azərbaycan ilə Tanzaniya arasında əməkdaşlıq gündəliyində duran digər məsələlər müzakirə edilib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO