Brilliant Dadaşova: “Efirlərdə həyasızlıq səmimiyyət kimi qələmə verilib” – VİDEO 

Brilliant Dadaşova: “Efirlərdə həyasızlıq səmimiyyət kimi qələmə verilib” – VİDEO 

Hazırda oxunan: Brilliant Dadaşova: “Efirlərdə həyasızlıq səmimiyyət kimi qələmə verilib” – VİDEO 

174157

“35 ildir ki, mən və həyat yoldaşım Ədalət bəy bu sənət üçün qurbanlar veririk. Elə də davam edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Danışır musiqi” verilişində deyib. 

Sənətçi ictimai-sosial verilişlərdə sıravi vətəndaşların dava etmələrinə qarşı çıxaraq, etiraz edib: 

“Təəssüflər olsun ki, bu gün həyasızlıq səmimiyyət kimi qələmə verilib. Biz demokratik ölkədə yaşamağı öyrənməliyik. Demokratiya hərcimərclik, özbaşınalıq deyil. Demokratiya o demək deyil ki, istədiyini danışarsan və 2-3 nəfər sənin ətrafın maddi tərəfdən ödədiyin kimlərsə sənin həyasızlığını səmimiyyət kimi qələmə verərlər. Amma gənclər böyüyür.
Onlar isə öz ailəsindən tərbiyə alıb, ibrət götürməlidir. Amma televiziya xalqın güzgüsüdür. Xarici ölkəyə gedəndə mən birinci televiziyaya açıb baxıram ki, bunlar kimdir, nədir. Təsəvvür edin ki, bizim televiziyanı açan bir qonaq görür ki, oradan qışqırıq səsləri, bir-birini təhqir etmələri, qadınlar, kişilər yığışır ora... İnsan dili anlamasa da, o bir-birinə olan qışqırığı görəndə... Demokratiyanın qayda-qanunları var. Demokratiya bu o demək deyil ki, cızığını aşmalısan”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO