“İranın Pakistan qarşısında susmaqdan başqa yolu yoxdur” – ŞƏRH 

“İranın Pakistan qarşısında susmaqdan başqa yolu yoxdur” – ŞƏRH 

Hazırda oxunan: “İranın Pakistan qarşısında susmaqdan başqa yolu yoxdur” – ŞƏRH 

174152

İranla Pakistan arasında yanvarın 15-dən başlayan və yanvarın 18-dək davam edən qarşıdurma deyəsən səngiyir. Daha doğrusu İslamabadın cavab zərbəsindən sonra Tehranın nədənsə səsi çıxmır. Əksinə, tərəflər xüsusən də İran Pakistanla dost ölkə olduğunu bəyan edib. Tehranın sonradan səsinin çıxmaması görünür, Pakistan tərəfindən daha sarsıdıcı zərbələrə tuş gəlməsinin nəticəsidir. 

Qeyd edək ki, yanvarın 15-16-sına keçən gecə İran İslam Keşikçiləri Korpusunun (SEPAH) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə aviazərbələr endirib. Ona cavab olaraq, Pakistan da yanvarın 18-də İranın Sistan və Bəlucistan əyalətinin Seravan dairəsini aviazərbələrlə atəşə tutub.

Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, İslamabadın cavab zərbəsindən sonra Tehranın susqunluğu Pakistan kimi böyük bir dövlətin ordusu ilə üz-üzə qalmaq təhlükəsindən qaynaqlanır: 
 

MÖVZU İLƏ BAĞLI:

İki İslam respublikası ÜZ-ÜZƏ – İran-Pakistan gərginliyinin PƏRDƏARXASI


“Bu prosesin anatomiyasına baxanda burada bir qəribəliyin olduğunu görə bilərik. İran tərəfi Pakistan ərazisində terrorçu qruplaşmaların mövqelərini vurub və ardınca İslamabadla problemlərinin olmadığını, terrorizmə qarşı mübarizə apardıqlarını bildiriblər. Pakistan da zərbələri İran ərazisinin Sistan və Bəlucistan əyalətlərinə vurub.

Yəni zərbələr İran tərəfdə şiə bəlucistanlılara, Pakistan tərəfdə isə sünni bəlucistanlılara endirilib. 

Ona görə də bu məsələdə anlaşılan gedişin olduğunu düşünürəm. Yəni birinci versiya odur ki, İran və Pakistanın bu məsələdə müəyyən anlaşmaları olub. Hər ikisi öz ərazisində olan terrorçu dəstələrin ləğv olunmasında maraqlı olublar. 

İkinci bir tərəfdən, İran zərbə endirib, sonradan əks zərbələrə məruz qalıb, ardında “qardaş Pakistan” ifadəsini işlətməklə başladığı prosesin daxili auditoriyaya hesablanmış addım olduğunu ortaya qoymuş oldu. İran cəmiyyətində general Süleymaninin məhv edilməsindən, xüsusən də onun anım günündə baş verən partlayışlardan sonra qisas əməliyyatına başlamaq fikri geniş yayılıb. 

Bu əsasda Pakistan və İraqdakı bəzi obyektlərə zərbə endirməklə qisas aldıqlarını daxili auditoriyaya göstərmək istədilər. Başlıcası, Pakistanın cavabından sonra İran mütləq şəkildə susmalı idi.

Bu da ikinci addımı atacağı təqdirdə, İranın Pakistan kimi böyük bir dövlətin ordusu ilə üz-üzə qalacağını anladıqlarının nəticəsidir. 

Ona görə də baş verən olaylar siyasi anlaşma və İranın daxili auditoriyasına hesablanmış addımlar idi. Proses böyük münaqişəyə çevrilməyəcək, səngiyəcək və getdikcə qapanacaq. İki ölkə arasında yumşalma ilə bağlı çağırışlar var”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO