"Google Map"in səhvinə görə bəylə gəlin toyları qarışdırdı - EHTİYATLI OLUN!

Hazırda oxunan: "Google Map"in səhvinə görə bəylə gəlin toyları qarışdırdı - EHTİYATLI OLUN!

17398

İndoneziyalı kişi "Google Map"in yanlışlığına görə başqa bir xanımla ailə həyatı qura bilərdi. 

Bizim.Media "The Indian Express"ə istinadən xəbər verir ki, toy günündə bəyin özü və doğmaları yanlış evə yollanıblar.

Problem qız tərəfinin atdığı məkan naviqasiyasında olub. Belə ki, həmin kənddə o tarixdə iki toy var idi.

Gəlinlik paltarı geyinən qız vizajistdə olduğu üçün əri olacaq şəxsin səhvən başqa evə getdiyindən xəbərsiz olub. Beləliklə, Mariya Ulfi və Burhan Sidqinin gələcəyi drammatikləşə bilərdi. 

Hər şeyə səbəb isə Mariyagilin evini "Google Map"lə axtarmaq olub. Onlara aid olmayan toya gələn oğlan tərəfi üzrxahlıq edərək gəlinləri olacaq qızın köməyi ilə 1-2 saat gec də olsa, doğru ünvana yollanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO