Şahruddinin komandası Türkiyə Kuboku ilə vidalaşdı

Şahruddinin komandası Türkiyə Kuboku ilə vidalaşdı

Hazırda oxunan: Şahruddinin komandası Türkiyə Kuboku ilə vidalaşdı

173960

Türkiyə Kubokunda 1/16 final mərhələsinin görüşləri davam edir. 

Bizim.Media xəbər verir ki, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" doğma meydanda "24 Erzurumspor"u qəbul edib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) II Liqa təmsilçisi növbəti raunda yüksəlib. "Adana Demirspor" isə kubokda mübarizəni dayandırıb.
Şahruddin Məhəmmədəliyev bu oyunda iştirak etməyib. 29 yaşlı qapıçının adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO