Ötən il 9 vəkilin fəaliyyəti dayandırılıb - 20 nəfərə isə...

Ötən il 9 vəkilin fəaliyyəti dayandırılıb - 20 nəfərə isə...

Hazırda oxunan: Ötən il 9 vəkilin fəaliyyəti dayandırılıb - 20 nəfərə isə...

173782

Vəkillər Kollegiyasına daxil olmuş şikayətlər əsasında 20 vəkilə töhmət verilib, 9 nəfərinin isə fəaliyyəti dayandırılıb.

Bu barədə Bizim.Media-ya Vəkillər Kollegiyasından (ARVK) məlumat verilib.

Bildirilib ki, Vəkillər Kollegiyasına dövlət orqanlarından 47, qeyri-dövlət təşkilatlarından 43, vətəndaşlardan 128 şikayət və müraciət daxil olub. 2022-2023-cü illərdə 284 intizam icraatı həyata keçirilib, 117 pozuntu müəyyən olunub, 37 icaatda pozuntu müəyyən olunmayıb, 53-nə qiymət verilməsi mümkün olmayıb. 46 şikayət üzrə intizam icraatına xitam verilib.

Həmin vəkillər barədə şikayət geri götürüldüyünə və sair əsaslarla 33 intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq edilib. 21-nə irad, 20-vəkilə töhmət verilib.

Pozuntu müəyyən olunmadığına və şikayət geri götürüldüyünə görə 80 vəkilin intizam icraatına xitam verilib, 46 şikayət üzrə qiymət vermək mümkün olmayıb. Həmçinin, 9 vəkilin fəaliyyəti dayandırılıb, 8 vəkil isə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO