Mikayıl Cabbarov Davosda - COP29-la bağlı mühüm müzakirələr APARILDI - FOTO

Mikayıl Cabbarov Davosda - COP29-la bağlı mühüm müzakirələr APARILDI - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov Davosda - COP29-la bağlı mühüm müzakirələr APARILDI - FOTO

173769

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibi Serxio Muxika ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşım edib.

“Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibi Serxio Muxika ilə qlobal çağırışlara adekvat həlləri təmin edən standartların tətbiqi, ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin dəstəklənməsi üzrə təşəbbüslər, Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində əməkdaşlıq və beynəlxalq standartlar ictimaiyyəti üçün etibarlı proqramın hazırlanması üzrə tərəfdaş təşkilatlarla işbirliyi barədə müzakirələr apardıq”, - iqtisadiyyat naziri bildirib.



*** 09:07

“Davos İqtisadi Forumu çərçivəsində “Japan Tobacco International” şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç ilə görüşdə şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığı barədə danışdıq”. 

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.

Bildirilib ki, görüşdə Azərbaycanın COP29 tədbirinə ev sahibliyi çərçivəsində nəzərdə tutulmuş işlər, həmçinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi aparılıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO