Cəlilabadda sutka ərzində qızılcaya yoluxmada rekord YAŞANIB

Cəlilabadda sutka ərzində qızılcaya yoluxmada rekord YAŞANIB

Hazırda oxunan: Cəlilabadda sutka ərzində qızılcaya yoluxmada rekord YAŞANIB

173730

Ötən ilin noyabr ayından Cəlilabad rayonu üzrə 339 nəfər qızılca virusuna yoluxub.

Bizim.Media-nın Cənub bürosunun əldə etdiyi məlumata görə, onlardan 236 nəfəri 18 yaşdan kiçiklər və 103 nəfəri 18 yaşdan böyüklərdir.

Hazırda aktiv xəstə sayı 73 nəfərdir. Onlardan 69 nəfəri ambulator, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır.

Ötən ilin dekabrın 1-dən toplam QPM peyvəndi vurulan uşaqların sayı 2104 nəfərdir.

Ötən gün 17  nəfər bu virusa yoluxub. Hələlik bu say rayon ərazisində yoluxma ilə bağlı qeydə alınmış rekord hesab olunur. 

Qeyd edilir ki, yoluxma sayındakı artımı havaların kəskin soyuması ilə əlaqədardır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO