Ev sığortalamaq adı ilə 2000-dən çox şəxsin məlumatlarını ələ keçirdi – FOTO/VİDEO  

Ev sığortalamaq adı ilə 2000-dən çox şəxsin məlumatlarını ələ keçirdi – FOTO/VİDEO  

Hazırda oxunan: Ev sığortalamaq adı ilə 2000-dən çox şəxsin məlumatlarını ələ keçirdi – FOTO/VİDEO  

173697

Naxçıvanda vətəndaşların məlumatlarından qeyri-qanuni şəkildə istifadə edən şəxs məsuliyyətə cəlb edilib. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhərindəki “Park AVM” ticarət mərkəzində yerləşən “Güvənli Əmlak” adlanan ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub. 

Aparılan araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə məlumatlarını əldə etdiyi məlum olub. 
N.Məmmədov ifadəsində 2000-dən çox şəxsin məlumatlarını bu yollarla ələ keçirdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Daxili İşlər Nazirliyi vətəndaşları ayıq-sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa və bu kimi detallara diqqət etməyə çağırır. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO