Qarla birgə yağan

Qarla birgə yağan "PROBLEMLƏR" – Oxşar vəziyyət hər il niyə TƏKRARLANIR?

Hazırda oxunan: Qarla birgə yağan "PROBLEMLƏR" – Oxşar vəziyyət hər il niyə TƏKRARLANIR?

173495

Dünən Bakıya yağan qar özü ilə bir sıra problemlər gətirib. Paytaxtın mərkəzi küçələri qardan təmzilənsə də məhəllə yollarındakı qar avtomobillər üçün çətinlik yaradıb.

Bu cür hava şəraitinin gözlənilən olması qarın yarada biləcəyi problemlərin qarşısının alınmasını labüd edirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Bu ərazilərdə 12 dərəcə şaxta OLUB 


Lakin müxtəlif ərazilərdə yaşayan paytaxt sakinlərinin şikayəti Bakının qarlı gününün problemsiz ötüşmədiyini göstərir.

Belə ki, Suraxanı rayonu Hövsan qəsəbəsi, Binəqədi rayonu Binəqədi kəndi və digər mərkəzdən uzaq ərazilərdə yaşayan sakinlər sosial şəbəkə vasitəsilə soyuq-şaxtalı qış günündə işıqsız qaldıqlarını yazıblar. Mənzillərini elektrik enerjisi ilə qızdıran və bir neçə saat işıqsız qalan sakinlərin durumunu təsəvvür etmək isə çətin deyil. 

Qar yağanda niyə şəhər mərkəzindən kənar ərazilərdə belə problemlər yaranır, buna səbəb nədir?

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən Bizim.Media-ya bildirilib ki, elektrik enerjisinin verilməsində yaranan fasilələr hava şəraiti ilə əlaqədar olub. 

Elektrik xətlərində yüklənmə baş verdiyi və problemin aradan qaldırıldığı qeyd edilib.

Müşahidələr göstərdi ki, Bakı şəhəri əvvəlki illərdə olduğu kimi yenə də qara hazır deyildi. Əslində Bakı qara heç vaxt hazır olmayıb. Əhaliyə xidmət edən bəzi qurumlar qabaqlayıcı tədbirlərin həyata keçirməmişdi. Nəticədə sakinlər əzab çəkməli oldular.

Qara hazır olsaydıq, bu qədər çox ərazilərdə işığımız, internetimiz kəsilməzdi. Bakı yolları qardan təmizlənsəydi, buzdan sürüşüb yıxılan və xəsarət alanların, eləcə də zəncirvari avtomobil qəzalarının sayı az olardı...
Məsələ burasındadır ki, oxşar hal hər il təkrarlanır... Allah üzümüzə baxır ki, qarlı günlərimizin sayı çox olmur. Yoxsa...

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO