Dünəndən başlayan şaxtalı, qarlı havanın özünü ən çox göstərdiyi regionlarımızdan biri də şimal bölgəsidir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gecə şimal bölgəsində rekord şaxta Qubanın Nütəh kəndində qeydə alınıb: - 15 dərəcə. Xaltan İnzibati Ərazi Dairəsinə daxil olan bu kənddə qar örtüyünün hündürlüyü 9 sm təşkil edib.
MÖVZU İLƏ BAĞLI:
Bu ərazilərdə 12 dərəcə şaxta OLUB
Xınalığın Bostankeş kəndində isə - 13,5 dərəcə şaxta qeydə alınıb.
Quba Ərazi hidrometrologiya müəssisəsindən verilən məlumata görə, Quba şəhərində qarın qalınlığı 10 sm, havanın temperaturu isə -7 dərəcə təşkil edib. Şabran rayonunda isə -4 dərəcə şaxta qeydə alınıb.
Səhər saatlarından etibarən günəşli havanın müşahidə olunması yağan qarın yavaş-yavaş əriməsinə səbəb olub.
Ağ örpəyə bürünən şimal bölgəsindən görüntüləri təqdim edirik:
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu