Şimal-Qərb bölgəsində nəqliyatın hərəkəti bərpa olundu - FOTO

Şimal-Qərb bölgəsində nəqliyatın hərəkəti bərpa olundu - FOTO

Hazırda oxunan: Şimal-Qərb bölgəsində nəqliyatın hərəkəti bərpa olundu - FOTO

173373

Ölkə ərazisində olduğu kimi ötən gündən başlayaraq Şimal-Qərb rayonlarında da havanın temperaturu bir neçə dərəcə aşağı enib, qar yağıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səhər saatlarında bölgənin bir çox yollarında qar yağması səbəbindən nəqliyyatın hərəkətində problemlər yaşanıb.

Yevlax-Zaqatala-Gürcüstan magistralı və Qaraməryəm-İsmayılı-Şəki, eləcə də Şəki-Qax avtomobil yollarında minik avtomobilləri ilə yanaşı TIR-lar da yolda qalıb. 

Yollarda qalan nəqliyyat vasitələrinin sıxlığını qaydaya salmaq məqsədi ilə rayonların polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri, yol istismar idarələrinin əməkdaşları hərəkəti tənzimləmək üçün sürücülərə yardım ediblər.    
Günorta saatlarından adı gedən yollarda nəqliyatın hərəkəti tam bərpa olunub. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO