20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son matçına çıxacaq.
Bizim.Media xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün ev sahibləri ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komanda daha əvvəl Ukrayna, Estoniya və Latviyaya 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:32 / 14.01.2024
Azərbaycan millisi son oyununa çıxacaq
Hazırda oxunan: Azərbaycan millisi son oyununa çıxacaq
Hazırda oxunan: Azərbaycan millisi son oyununa çıxacaq
173324
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.