Saakaşvili namizədliyini geri götürdü

Saakaşvili namizədliyini geri götürdü

Hazırda oxunan: Saakaşvili namizədliyini geri götürdü

1733

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili baş nazir olmaq istəmədiyini bildirib.

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, o bu barədə “Mtavari” telekanalına danışıb.

“Məni heç bir vəzifə, o cümlədən Gürcüstanın Baş Naziri vəzifəsi maraqlandırmır. Amma fiziki olaraq harada olacağımı önümüzdəki günlərdə bildirəcəyəm”, - siyasətçi deyib.

Daha əvvəl müxalifətçi Vahid Milli Hərəkat Partiyasının nümayəndələri parlament seçkilərində qələbə qazanacaqları təqdirdə Saakaşvilinin Baş Nazir vəzifəsinə namizədliyini irəli sürmüşdülər.

Saakaşvili isə bəyan edirdi ki, o, Gürcüstanı “inkişaf yoluna” qoymaq üçün cəmi iki il müddətinə hökumət başçısı vəzifəsini tutmağa hazırdır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO