Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Gümüşü DOST – bütün yaşlara hörmətlə” layihəsi nümunəvi təcrübə kimi Avropa Sosial Şəbəkəsinin “Ən Yaxşı Təcrübələr” adlı məlumat bazasına (//www.esn-eu.org/practices/silver-dost-establishing-respect-all-ages) daxil edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, "Gümüşü DOST" ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramının alt proqramlarından biridir.
Həmin layihə çərçivəsində yaşlı şəxslər DOST mərkəzlərində könüllü kimi fəaliyyətə cəlb edilirlər. Məqsəd həmin şəxslərin aktiv həyat tərzinin təmin olunmasına, onlarda özünə inamın artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir.
Avropa Sosial Şəbəkəsi 2011-ci ildən quruma üzv ölkələrin sosial xidmətlər sahəsində effektiv həllərin tətbiqi üzrə qabaqcıl təcrübələrini paylaşır.
Bundan əvvəl Avropa Sosial Şəbəkəsi nazirliyin sosial ödənişlərin proaktiv təyinatı mexanizmini də nümunəvi təcrübə kimi təqdim edib. Həmin proaktiv təyinat və “Gümüşü DOST – bütün yaşlara hörmətlə” layihələri “Avropa Sosial Şəbəkəsi Mükafatları -2023” müsabiqəsində finalçı statusu qazanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:53 / 14.01.2024
DOST Agentliyinin layihəsi Avropa Sosial Şəbəkəsinin məlumat bazasına daxil edildi
Hazırda oxunan: DOST Agentliyinin layihəsi Avropa Sosial Şəbəkəsinin məlumat bazasına daxil edildi
Hazırda oxunan: DOST Agentliyinin layihəsi Avropa Sosial Şəbəkəsinin məlumat bazasına daxil edildi
173285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.