Seçkilərlə bağlı ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılacaq

Seçkilərlə bağlı ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılacaq

Hazırda oxunan: Seçkilərlə bağlı ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılacaq

173248

“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılacaq”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov deyib.

“MSK artıq seçki dairələrinin siyahısını dərc edib, açıq və qapalı seçki yerləri müəyyənləşdirilib. Həftədə 3 saat efir vaxtı vermək imkanı var. MSK vaxtın uzadılması ilə bağlı yerli televiziya kanalları ilə danışıqlar aparır.

Yerli media orqanlarından ödənişsiz təşviqat işlərində namizədlərə dəstək məqsədilə “Azərbaycan”, “Xalq” , “Bakinski raboçiy” qəzetlərinin sırasına artıq “Respublika” qəzeti də qoşulub”, - deyə R. Qasımov qeyd edib.
O bildirib ki, 8 dəqiqə 57 saniyə vaxt ayrılacaq və prezidentliyə namizədlər Azərbaycan ərazisində fəaliyyət göstərən telekanallar vasitəsilə öz platformalarını təqdim edəcəklər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO