ABŞ və Britaniya husilərə aid hədəfləri BOMBALAYIR – VİDEO 

ABŞ və Britaniya husilərə aid hədəfləri BOMBALAYIR – VİDEO 

Hazırda oxunan: ABŞ və Britaniya husilərə aid hədəfləri BOMBALAYIR – VİDEO 

173206

Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndə husilərin 60 hədəfinə zərbələr endirib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” hər iki ölkənin rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, ABŞ prezidenti Co Bayden hələ yanvarın 1-dən bununla bağlı planlaşdırma aparıb. 

“Birləşmiş Ştatlar bu barədə qətiyyətli hərəkət etməkdə və daha aqressiv əməliyyatların davam etdirilməsində israrlıdır. Ancaq Böyük Britaniya, Avropa və Yaxın Şərqdən olan müttəfiqlər düşünürlər ki, Qırmızı dənizdə husilərin hücumlarına bu cür kəskin cavab Qərbi İranla birbaşa münaqişəyə sürükləyə bilər” - deyə agentlik qeyd edir.

Ağ Ev dəfələrlə qeyri-rəsmi kanallar vasitəsilə İrana mesajlar göndərərək husilərin hücumlarına təsir göstərməyi tələb edib, amma İran hökuməti də qruplaşmaya nəzarət etmədiyini bildirib.

Britaniya kəşfiyyatının məlumatlarında isə qeyd edilir ki, husilər İran mənşəli silahları almaqda davam edirlər.

Qeyd edək ki, husilərə qarşı əməliyyatların keçirilməsi ilə bağlı yekun qərar yanvarın 9-da verilib. Ardınca ABŞ və Britaniya qüvvələri qarşı tərəfin 18 pilotsuz təyyarəsini və üç gəmi əleyhinə raketini vurub.
Co Baydenin müdafiə naziri Lloyd Ostinə verdiyi hücum əmrindən sonra, yəni yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəmənin 60 hədəfinə, o cümlədən radarlara, hava hücumundan müdafiə sistemlərinə, həmçinin anbarlara, pilotsuz uçan aparatları və raket buraxılış məntəqələrinə hücum edib. Husilər nəticədə 5 döyüşçünün həlak olduğunu bildiriblər.

Xarici KİV-lərin məlumatına görə, yanvarın 13-nə keçən gecə ABŞ aviasiyası Yəmənin paytaxtı Sənaya yenidən zərbələr endirib. 

“CNN” telekanalı xəbər verir ki, ABŞ husilərin istifadə etdiyi radar qurğularını hədəfə alır. 
 

Rövşən Ziya, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO