Cəbrayıl polisindən ƏMƏLİYYAT – Külli miqdarda narkotik AŞKARLANDI – FOTO/VİDEO 

Cəbrayıl polisindən ƏMƏLİYYAT – Külli miqdarda narkotik AŞKARLANDI – FOTO/VİDEO 

Hazırda oxunan: Cəbrayıl polisindən ƏMƏLİYYAT – Külli miqdarda narkotik AŞKARLANDI – FOTO/VİDEO 

173184

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində narkotik vasitələr və psixotrop həb aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media- ya verilən məlumat görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün inşa edilmiş 4 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbiri ilə Sabirabad rayon sakini Mirhüseyn Ağayev saxlanılaraq şöbəyə gətirilib.

O, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə əlindəki sellofan torbaya müvafiq qaydada baxıṣ keçirilib. Baxış zamanı 2 kiloqram 100 qram marixuana, 1 kiloqram 800 qram tiryək, 940 ədəd metodon həbi və "beşbarmaq", həmçinin üzərindən heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO