Prezidentdən XƏBƏRDARLIQ: “Avropa bunu etsə, şirkətləri milyardlarla cərimə ödəməli olacaq” – VİDEO 

Prezidentdən XƏBƏRDARLIQ: “Avropa bunu etsə, şirkətləri milyardlarla cərimə ödəməli olacaq” – VİDEO 

Hazırda oxunan: Prezidentdən XƏBƏRDARLIQ: “Avropa bunu etsə, şirkətləri milyardlarla cərimə ödəməli olacaq” – VİDEO 

172959

“Əfsuslar olsun ki, Avropada bəzi siyasətçilər ya bunu anlamırlar, ya onlarda kifayət qədər informasiya yoxdur və sentyabr hadisələrindən sonra hətta bəziləri bəyan edirdilər ki, Azərbaycanla Avropanın qaz əməkdaşlığı dayandırılmalıdır. Belə açıqlamalar, əlbəttə ki, bizim əməkdaşlığımızı gücləndirmir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı Avropa Parlamentinin sədri Roberta Metsolanın Azərbaycanla enerji əməkdaşlığının dayandırılması ilə bağlı fikirlərini tənqid edib:

“Düzdür, bu açıqlama Avropa Parlamentinin sədri tərəfindən verilmişdi. Avropa Komissiyası heç vaxt belə açıqlamalar verməyib və təbii ki, verməyəcək. Amma Avropa Parlamentinin sədri kiçik vəzifə deyil və əgər bu şəxs bunu deyirsə, deməli, burada düşünməyə mövzu var. 

Amma onu bəri başdan bildirməliyəm ki, əgər hər hansı bir səbəbə görə bu mövqe üstünlük təşkil etsə, onda, sadəcə olaraq, bizimlə uzunmüddətli kontraktlar imzalayan şirkətlər 100 milyonlarla, bəlkə də milyardlarla avro dəyərində cərimələr ödəməli olacaqlar. Ona görə belə cəfəng açıqlamalar verən məsul şəxslər daha diqqətli olmalıdırlar.
Azərbaycan qaz ixracından neft ixracı ilə müqayisədə qat-qat az gəlir əldə edir. Prinsip etibarilə əgər fərz etsək ki, bu gün bizim qaz ixracımız yoxdur, adi vətəndaş bunu heç vaxt hiss etməyəcək. Əgər bizim qazımızın Avropaya nəqli hansısa səbəbə görə kəsilsə, onda bir çox ölkələr daha çətin vəziyyətə düşəcək və bunu Avropada hər kəs başa düşməlidir, o cümlədən məsuliyyətsiz bəyanatlar verən Avropa Parlamentinin sədri də bunu bilməlidir”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO