Şəmkirdə ev yandı - VİDEO 

Şəmkirdə ev yandı - VİDEO 

Hazırda oxunan: Şəmkirdə ev yandı - VİDEO 

172885

Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçotaqlı fərdi yaşayış evində baş verdiyi və bitişik yerləşən evə hər an keçə biləcəyi müəyyən edilib. 
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində fərdi yaşayış evində baş vermiş yanğın qısa müddətdə söndürülərək bitişik evə keçməsinə imkan verilməyib. 

Hadisə nəticəsində yanğın baş vermiş fərdi yaşayış evi 60m² sahədə yanıb, ümumi sahəsi 250m² olan bitişik ev yanğından mühafizə olunub. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO