Məşhurların hansı xəstəlikdən vəfat etməsinin mətbuatda qabardılması doğrudurmu? – Psixoloq RƏYİ

Məşhurların hansı xəstəlikdən vəfat etməsinin mətbuatda qabardılması doğrudurmu? – Psixoloq RƏYİ

Hazırda oxunan: Məşhurların hansı xəstəlikdən vəfat etməsinin mətbuatda qabardılması doğrudurmu? – Psixoloq RƏYİ

172802

Mətbuatda məşhur şəxslərin, siyasətçilərin, aktyor və müğənnilərin səhhəti, eləcə də ölümləri ilə bağlı xəbərlərə maraq yüksəkdir. Bu tip xəbərlərin oxunma sayı və ətrafında günlərlə gedən müzakirələr buna sübutdur.

Şəxsin hansı səbəbdən ölməsi, hansı xəstəlikdən əziyyət çəkməsi, harada müalicə alması insanları maraqlandıran əsas mövzuya çevrilib. Mediada bu kimi məsələlərə həssas yanaşılsa da bəzən ictimaiyyətin marağı nəzərə alınaraq vəfat edən şəxsin xəstəliyi və digər məsələlər haqqında geniş məlumatlar verilir. Bu isə eyni xəstəliyin daşıyıcı olanların gözündən qaçmır.
 

MÖVZU İLƏ BAĞLI:

Qadınların dəfn mərasimində iştirak etməsi İslamda QADAĞANDIR? 


Bəs məşhurların ölümünə səbəb olan xəstəliyin xüsusi vurğulanması həmin xəstəlikdən əziyyət çəkənlərin səhhətinə və müalicə prosesinə necə təsir edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Tariyel Faziloğlu deyib ki, maraq çox olsa da xəstəliyin açıqlanması xəstələrin psixologiyasına mənfi təsir edir:

“Ağır xəstəlikdən əziyyət çəkən insanların emosional durumu çox həssas olur. Bəzi xəstəliklər, xərçəng və s. xəstəlik barədə insanlar arasında belə inanc var  ki, bu xəstəliyə tutulan insanlar əksər hallarda ölür. Ona görə də ölüm qorxusu onlarda yüksək həddə olur. 

Ağır xəstəlikdən ölənin müəyyən qədər tirajlanması onların ölüm qorxusunu tətikləyir. Ona görə də bu tip xəstəlikdən ölən adamların məşhur olsa da, olmasa da xəstəliyinin dəfələrlə vurğulanması həmin xəstəlikdən əziyyət çəkən insanlara çox ciddi mənfi təsir göstərir”.

O, bu cür məsələlərin səhiyyə təşkilatlarının da diqqətində olduğunu bildirib:

“Beynəlxalq səhiyyə təşkilatları da dəfələrlə bununla bağlı simpoziumlar, konfranslar keçiriblər. Yəni insanların bu məsələyə daha ciddi yanaşması lazımdır. Məşhur adamların ölümü xəbərinin məlumat baxımından insanlar üçün müəyyən yükü var. Ona görə də xəbər müəssisələri onu tirajlayırlar. Amma onun hansı xəstəlikdən ölməsi, ölmədən öncəki yaşadığı dəhşətli situasiyalar, xəstə halının insanlara təqdim edilməsi psixoloji baxımdan yolverilməzdir. 

Bu, həmin xəstələrin müalicə prosesinə çox ciddi mənfi təsir göstərir. İnsanların sağalma inancını ciddi şəkildə zədələyir. Bütün xəstəliklərin sağalması xəstənin sağalma inancı ilə mütənasibdir. İnsan adi qrip olanda özünü sağalmayacağına inandırsa,  beyin bütün müaliəcələrə cavab vermir və ölüm prosesini işə salır.
Ona görə də xərçəng xəstəliyi kimi xəstəliklərdə birinci şərt insanların həyat eşqinin yüksək olması və həyata tutunmasıdır. Amma bu cür xəbərlər onların həyata tutunmalarını, həyat eşqini ciddi şəkildə zədələyir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO