“ABŞ bal deyir, amma baltanı da yerə qoymur” – Fərhad Məmmədov 

“ABŞ bal deyir, amma baltanı da yerə qoymur” – Fərhad Məmmədov 

Hazırda oxunan: “ABŞ bal deyir, amma baltanı da yerə qoymur” – Fərhad Məmmədov 

172792

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamenti dini mövzuda Azərbaycan əleyhinə hesabat hazırlayıb. Bu hesabata Azərbaycan rəsmiləri lazımi cavabı verdilər. Lakin maraqlı burasındadır ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünü təşkil etmək üçün hər iki ölkəyə səfərə başlayıb.

Göründüyü kimi, bir tərəfdən Azərbaycanı qərəzli formada ittiham edən ABŞ, digər tərəfdən danışıqlarda vasitəçi olmaq üçün dəridən-qabıqdan çıxır.

Bəs, ABŞ-ın bu cür ikiüzlü siyasət yürütməsinin arxasında nə dayanır?

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ hansı üzlə Azərbaycanı dini azadlıqların pozulmasında GÜNAHLANDIRIR? - TƏHLİL


O qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasında vasitəçi olmaq üçün bütün yollara əl atır: 

“Bir neçə danışıq formatını müşahidə edirik. Birinci variant Rusiyadır. Rusiya öz rolunu birbaşa həm müqavilədə, həm qəbul edilmiş bəyanatlarda, həm də ərazidə iştirakını təmin edən şərtlərlə irəli sürdü. Lakin Azərbaycan və Ermənistan bu şərtləri qəbul etmədi. 

İkinci format Brüssel idi. Bu formatda Rusiyadan o qədər də fərqli olmayan Avropa ikitərəfli sazişin tərəfdarı idi, lakin özünün birbaşa iştirakını təmin etmək istəyirdi: Avropa İttifaqının Ermənistandakı missiyası, onu Azərbaycana keçirmək cəhdləri və s. 

Son format isə ABŞ-dır. ABŞ formatı da digərlərindən fərqlənmir. 

“ABŞ bal deyir, amma baltanı da yerə qoymur”. 

Bu ölkə öz yanaşmasında bir neçə məsələdə tərəf tutaraq danışıqlara təsir etməyə cəhd göstərdi. Qarabağ erməniləri, Laçın yolu və s. nümunə göstərmək olar. Belə olan halda ABŞ-nın öz vasitəçiliyini digər vasitəçilik formatlarından üstün tutması məntiqsizdir və həqiqəti əks etdirmir”. 

Ekspert Qərbin vasitəçiliyi ilə bağlı digər maraqlı məqamdan da söz açıb: 

“Qərb vasitəçiliyi iki formatda cəmləşib: Brüssel və Vaşinqton. Bu formatlar bir-birini tamamlayır. Lakin Şarl Mişelin vəzifədən gedib, Avropa parlamentində seçkilərə qatılmaq niyyəti Brüssel formatını dağıdır. Brüssel institusional format və ya təşkilat olaraq Avropa İttifaqının vasitəçilik etmə cəhdi deyil. Bu, şəxsən Şarl Mişelə aid olan təşəbbüs idi. Hazırda Mişel olmadığı üçün format da əhəmiyyətini itirir. 

Ona görə ABŞ çalışır ki, Qərb çağırışlarını özündə cəmləşdirsin. Lakin ABŞ-nin birtərəfli mövqeyindən çəkilməsini biz görməmişik. Nə ABŞ səfiri Şuşaya gedib, nə də bu ölkənin diplomatları “Qarabağ Azərbaycandır” deyib. ABŞ vasitəçi kimi özünü Azərbaycanın gözündə doğrultmayıb. Ona görə bu səfər məlumat toplamaq xarakteri daşıyır. Vaşinqtondakı potensial görüşdən söhbət gedə bilməz”. 

Məhərrəm Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO