Azərbaycanda professorların sayı niyə AZALIB? – Elman Nəsirovdan maraqlı AÇIQLAMA 

Azərbaycanda professorların sayı niyə AZALIB? – Elman Nəsirovdan maraqlı AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda professorların sayı niyə AZALIB? – Elman Nəsirovdan maraqlı AÇIQLAMA 

172653

Elmlə məşğul olanlar müxtəlif elmi dərəcələrə və adlara layiq görülürlər. Ötən il ərzində ölkəmizdə 58 nəfərə professor elmi adı verilib. Elmi adların verilməsi ən çox texniki elmlər üzrə olub. Bəzi sahələr, konkret olaraq 7 sahə üzrə professor elmi adı alan olmayıb. Bura mexanika, astronomiya, yer elmləri, əczaçılıq elmləri, antropologiya, siyasi elmlər və sosiologiya aiddir.

Bu da qeyd edilən sahələrdə elmi irəliləyişin olmaması və bu sahələrə marağın azalması kimi qiymətləndirilir. 

Bəs, bu sahələrə marağın azalmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Elman Nəsirov ölkəmizdə siyasi sahənin yeni olduğunu deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Ötən ay neçə nəfərə elmi dərəcə verilib?


“Mən özüm siyasi elmlər üzrə doktor və professoram. Bu sahə Azərbaycanda yenidir. Sovet dönəmində siyasi elmlər üzrə doktor, professor müdafiə edilmirdi, elmi ad, elmi dərəcə alınmırdı. Bu sahədə müdafiə edən şəxslərin əsas problemlərindən biri siyasi elmlər üzrə elmi rəhbərin tapılmamasıdır. Ölkədə professor elmi adını daşıyanların sayı məhduddur. 

Bunun obyektiv səbəbi var. Tarix, filologiya üzrə nə qədər desəniz elmlər doktoru və professor tapmaq olar. Ancaq siyasi elmlər Azərbaycanda sonradan təşəkkül tapmış bir sahədir, o baxımdan kasadlıq var”.

O, ötən il "Elmi adlar verilməsi qaydası haqqında" Əsasnaməyə edilən dəyişiklikliyin də burada rol oynadığını bildirib:

“Ölkəmizdə bununla bağlı müdafiə şurası fəaliyyət göstərir. Məndə olan məlumatlara görə müdafiə etmək üçün xeyli müraciətlər var və onlar növbə üzrə müdafiə edirlər. Siyasi elmlər üzrə müdafiə şurası da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındadır. Müraciəttlərin sayı kifayət qədərdir, səhv etmirəmsə, ay ərzində iki dəfə də müdafiə keçirilir.

Prezident yanında Ali Attestasiya Komissiyasının yeni əsasnaməsinə görə, tələblər bir az sərtləşdirilib. Professor adı almaq üçün konkret tələblər var, o tələblər beynəlxalq praktikaya əsaslanıb. Xaricdə nüfuzlu elmi dərgilərdə çap olunmuş məqalələrin olmalıdır, konkret sayda fəlsəfə üzrə doktor yetişdirməlisən. Bu kimi digər tələblər var və tələblərə uyğun gəldiyi təqdirdə professor elmi adı verilir. 

Amma tutaq ki, siyasi elmlərdən müdafiə edib siyasi elmlər üzrə elmlər doktorudur, amma o, hələ minimum 5 nəfər doktoranta rəhbərlik etməyibsə, yaxud da xaricdə nüfuzlu jurnallarda məqaləsi çap olunmayıbsa, təbii ki, şəxsin prosfessor elmi adı alması çətinləşir. 
Amma bir şeyi bilin ki, Ali Attestasiya Komissiyasının müvafiq tələblərinə uyğun olduğu təqdirdə kiminsə professor adı almasına heç bir maneə yoxdur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO