Yanğına görə KTM-ə təxliyə olunan 6 körpənin vəziyyəti AĞIRDIR 

Yanğına görə KTM-ə təxliyə olunan 6 körpənin vəziyyəti AĞIRDIR 

Hazırda oxunan: Yanğına görə KTM-ə təxliyə olunan 6 körpənin vəziyyəti AĞIRDIR 

172626

"Yanğına görə Kliniki Tibbi Mərkəzin (KTM) Yenidoğulmuşlar şöbəsinə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır". 

Bizim.Media xəbər verir ki, bunu KTM-in Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neonotoloqu Aysel Qədimova jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, şöbəyə 15 körpə gətirilib. Onlardan 6 nəfərin vəziyyəti ağırdır: 

"Durumu ağır olan 6 körpədən 3-ü süni tənəffüs aparatına, digər 3-ü isə sipap aparatına qoşulub. Reanimasiyadan olan körpələrin yaxın zamanlarda palataya köçürülməsi nəzərdə tutulmur". 

A.Qədimova bildirib ki, KTM-ə təxliyə olunan körpələrin heç birində yanıq xəsarətləri aşkarlanmayıb: 

"15 körpədən 6-sı qız, 9-u isə oğlandır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO