Prezidentliyə namizədlər işğaldan azad edilmiş ərazilərdə seçicilərlə görüşə BİLƏCƏKLƏR 

Prezidentliyə namizədlər işğaldan azad edilmiş ərazilərdə seçicilərlə görüşə BİLƏCƏKLƏR 

Hazırda oxunan: Prezidentliyə namizədlər işğaldan azad edilmiş ərazilərdə seçicilərlə görüşə BİLƏCƏKLƏR 

172587

Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər işğaldan azad edilmiş ərazilərdə təşviqat apara biləcəklər. 

Bizim.Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) bunun üçün yerlər ayırıb. 

Komissiyanın açıqladığı siyahıda Zəngilan rayonunun Ağalı kəndi, Şuşa şəhəri, Laçın şəhəri və Laçın rayonunun Zabux kəndi yer alıb. 

Belə ki, namizədlər Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalında, Zəngilan rayonu, Ağalı kəndindəki Fəvvarələr meydanında, Ağalı kənd tam orta məktəbin akt zalında, Laçın şəhəri bulvar ərazisində, Laçın şəhərində yerləşən Lasinema Kino Mərkəzində, Laçın rayon Zabux kənd tam orta məktəbin qarşısında, Zabux kənd tam orta məktəbin akt zalında seçicilərlə görüşə biləcəklər. 

Xatırladaq ki, bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri işğaldan azad edilmiş ərazilərdə keçiriləcək ilk seçkidir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO