AzTV-də yayımlanan "Yüz ilin Sirləri" verilişi “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan müğənni-aktrisa Firəngiz Rəhimbəyova ilə bağlı maraqlı faktları təqdim edib.
Bizim.Media xəbər verir ki, uzun müddət ABŞ-da yaşayan və orada ürəktutmasından dünyasını dəyən F.Rəhimbəyovanın ailə üzvləri və yaxınları onunla bağlı xatirələrini bölüşüblər.
Verilişdə 80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından biri olan F.Rəhimbəyovanın karyerasının zirvəsində ölkənin tərk etməsinin və Bakıda ailə həyatının alınmamasının səbəbi, vəfatından bir neçə gün əvvəl görüntüləri və ailə arvixi təqdim edilib.
ABŞ-da yaşayan qızı, nəvəsi və ən yaxın dostu aparıcı Səxavət Nur, Bakıda isə aktrisanın rəfiqəsi Əməkdar artist Suğra Bağırzadə və onunla işləmiş bəstəkar Siyavuş Kərimi danışıb.
Daha ətraflı sujeti təqdim edirik:
Bizim.Media