Futbol üzrə Türkiyə Superliqasında XIX turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, yanvarın 7-də daha iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Sivasspor” səfərdə “Kayserispor”a 3:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə çempionluğa iddialı “Fənərbağça” rəqib meydanında “İstanbulspor”u darmadağın edib – 5:1. Qonaqların heyətində qollardan dördünü Cengiz Ünder vurub. Digər qola Edin Ceko imza atıb. Meydan sahiblərinin heyətində isə Muammer Sarıkaya fərqlənib.
Bu qələbədən sonra xallarını 47-yə çatdıran “Fənərbağça” liderliyini davam etdirir. 5 xalı olan “İstanbulspor” isə sonuncu – 18-ci sırada qərarlaşıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:44 / 08.01.2024
“Fənərbağça” yeni ilə darmadağınla başladı
Hazırda oxunan: “Fənərbağça” yeni ilə darmadağınla başladı
Hazırda oxunan: “Fənərbağça” yeni ilə darmadağınla başladı
172373
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.