Ötən il Azərbaycanda 58 nəfərə professor elmi adı verilib

Ötən il Azərbaycanda 58 nəfərə professor elmi adı verilib

Hazırda oxunan: Ötən il Azərbaycanda 58 nəfərə professor elmi adı verilib

172365

Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 58 nəfərə professor elmi adı verilib.

Bu barədə Bizim.Media-ya Ali Attestasiya Komissiyasından məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən ay neçə nəfərə elmi dərəcə verilib?


Bildirilib ki, onlardan 10 nəfərə texnika elmləri üzrə, 7 nəfərə tibb elmləri üzrə professor adı verilib.

Riyaziyyat, biologiya, tarix, sənətşünaslıq, filologiya elmlərinin hər biri üzrə 4 nəfər professor elmi adı alıb. 

Həmçinin kimya, iqtisad elmləri, hüquq elmlərinin hər biri üzrə 3 nəfər, fəlsəfə, psixologiya, pedaqogika, fizika elmlərinin hər biri üzrə 2 nəfər, aqrar elmlər, coğrafiya, memarlıq, milli təhlükəsizlik və hərbi elmlərin hər biri üzrə isə 1 nəfər professor elmi adına layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO