Azərbaycan dini baxımdan Amerikadan yüz dəfə tolerant ölkədir

Azərbaycan dini baxımdan Amerikadan yüz dəfə tolerant ölkədir

Hazırda oxunan: Azərbaycan dini baxımdan Amerikadan yüz dəfə tolerant ölkədir

172354

“Məni hövsələdən çıxaran o oldu ki, ABŞ-nin dövlət katibi Entoni Blinken Azərbaycanı “dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri” adlandırıb. Əlimi vicdanımın üzərinə qoyub əminliklə deyə bilərəm ki, Azərbaycan dini baxımdan Amerikadan ən azı yüz dəfə tolerant ölkədir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli şəxsi Facebook hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ-ın 335 milyon nəfər əhalisi var, Azərbaycanda isə cəmi 10 milyon insan yaşayır:

“Balaca Azərbaycanda olan kilsələrin sayı o boyda Amerikada olan məscidlərin sayından dəfələrlə çoxdur. Bu kimi faktları Azərbaycanı ittiham edən Amerikanın gözünə soxmaq lazımdır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO