ABŞ-dan Çinə xəbərdarlıq: “Müttəfiqlərimizi qoruyacağıq”

ABŞ-dan Çinə xəbərdarlıq: “Müttəfiqlərimizi qoruyacağıq”

Hazırda oxunan: ABŞ-dan Çinə xəbərdarlıq: “Müttəfiqlərimizi qoruyacağıq”

17231

ABŞ Çini Filippin və Tayvana qarşı təcavüzkar hərəkətlərinə görə xəbərdar edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Aljazeera telekanalı verib.

Mənbə yazır ki, ABŞ Dövlət Departamenti Filippin yaxınlığında Çin gəmilərinin görünməsindən və Pekin təyyarələrinin Tayvanın hava müdafiə zonasına daxil olmasından narahatlığını dilə gətirib. 

Belə ki, ABŞ Pekinə xatırladıb ki, Vaşinqtonun tərəfdaşları qarşısında öhdəlikləri var. 

Rəsmi Vaşinqtonun fikrincə, hər iki ölkə Cənubi Çin dənizində təcavüzkar fəaliyyətlərini artırıblar.

Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə günü jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Filippinin Çin dənizində, Trinity Reef yaxınlığında hərbi kontingentini toplaması barədə məlumatlardan narahatıq.

O, bunu deməklə həm də Çin Xalq Respublikasına işarə vurub.

200-dən çox Çin gəmisi ilk dəfə martın 7-də Palavan adasından 320 kilometr qərbdə və Filippinin müstəsna iqtisadi zonasında görünüb. Çin isə həmin gəmilərin balıqçılara aid olduğunu deyib.

Pekinin Çinin bir hissəsi olduğunu iddia etdiyi Tayvanla da gərginliyi artıb. Belə ki, çərşənbə günü 15 təyyarə adanın hava müdafiə zonasına daxil olub.

Taypey isə zərurət yarandığı təqdirdə “son günə qədər” özünü müdafiə edəcəyini bildirib.

Prezident Co Bayden müttəfiqlərini qorumağı bir daha xatırladaraq Çinə sərt cavab verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO