ABŞ və Çin Tayvan uğrunda müharibə anonsları verir 

ABŞ və Çin Tayvan uğrunda müharibə anonsları verir 

Hazırda oxunan: ABŞ və Çin Tayvan uğrunda müharibə anonsları verir 

1723

Uzaq Şərqdə ABŞ və Çin arasında ciddi rəqabət yaşanmaqda, gərginlik günü-gündən artmaqda davam edir. Qarşıdan isə  noyabrın 3-də ABŞ-da prezident seçkiləri gəlir. Seçkilərdən sonra ABŞ-ın Çinlə olan münasibətlərinin necə olacağı hazırda əsas müzakirə mövzularından biridir. 

CNN- in siyasi analitiki Bred Lendon ABŞ-ın 2018-ci ildə hazırladığı hesabatda Rusiya ilə bərabər Çinin də əsas hərbi təhdid təşkil edən iki ölkədən biri olduğunu qeyd edir. Çinin hərbi gücünün get-gedə yüksəldiyini qeyd edən ekspert noyabrdakı seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq ABŞ-ın qarşısında duran əsas xarici siyasət probleminin Çin olacağını qeyd edir.

Çünki Tayvanı öz hakimiyyəti altına almaqda olduqca qərarlı davranan rəsmi Pekin hərbi ehtimalı da istisna etmir.

Meri Vaşinqton Universitetində Siyasi Elmlər və Beynəlxalq münasibətlər üzrə ekspert Elizabet Frond gələcəkdə Çinin Tayvandakı hərbi aktivliyini artıracağını düşünür: “Çünki Çin Tayvanın siyasətinə uyğun olaraq davranır və Tayvan da ABŞ-la çox yaxın əməkdaşlığa malikdir. Bu isə Çinə qarşı ABŞ-ın əvvəlki siyasətinin davam edəcəyinin göstəricisidir”.



Analitiklər bölgədə, xüsusilə son aylarda hər iki tərəfin ardıcıl və çoxsaylı hərbi təlimlər keçirdiyinə diqqət çəkiblər. Hərbi təlimlərin çox yaxın keçirilməsi və gəmilərin təhlükəli manevrləri təsadüfi toqquşma riskini daha da artırdığı qeyd olunub.

ABŞ Sakit Okean Komandanlığının Birgə Kəşfiyyat Mərkəzinin keçmiş direktoru Karl Şuster Baydenin Çinə qarşı konkret mövqeyinin necə olacağı ilə bağlı müəyyən yol təqdim etmədiyini qeyd edir. Lakin o, Baydenin qalib gələcəyi təqdirdə Çinə qarşı Trampdan daha aqressiv olacağını düşünür.

Suşter Çini SSRİ-dən daha güclü rəqib olaraq qeyd edir: “Çin ilk olaraq sağlam iqtisadi təməl formalaşdırmış, daha sonra isə silahlanmaya başlamış bir ölkədir”.

Bu arada ABŞ-ın müttəfiqi olan ölkələrlə münasibətlərin soyumasına da nəzər yetirilir. Cənubi Koreya və Yaponiyanın ərazilərindəki ABŞ hərbi bazalarına görə borcları tələb etmələri də müzakirə mövzusudur. Tramp hakimiyyəti bu məsələni çözməkdə aqressiv münasibət sərgiləyir.

Baydenin isə Trampdan fərqli olaraq daha çox müzakirələrə açıq olduğunu düşünən analitiklər o, seçilərsə, mövcud problemin həll oluna biləcəyini ehtimal edirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO