Güclü külək Bakıda yaşayış binasının damını uçurdu – FOTO/VİDEO  

Güclü külək Bakıda yaşayış binasının damını uçurdu – FOTO/VİDEO  

Hazırda oxunan: Güclü külək Bakıda yaşayış binasının damını uçurdu – FOTO/VİDEO  

172236

Güclü külək Bakıda yaşayış binasının damını uçurub. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Bakı şəhərinin Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 4 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması və sakinlər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi texnikanın köməkliyi ilə dam örtüyünün asılı vəziyyətdə qalmış hissəsini kəsib götürərək təhlükəni aradan qaldırıblar.
 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO