Naxçıvanda bir ailənin 4 üzvü salatdan zəhərlənib.
Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bayram günlərində muxtar respublikada 8 zəhərlənmə halı qeydə alınıb.
Bənzər vəziyyət Cəlilabadda da olub.
Həkim, dietoloq-terapevt Ləman Süleymanova deyib ki, bayram günlərində qidalanmada yol verdiyimiz bəzi səhvlər ciddi fəsadlara səbəb ola bilir. Həkim bildirib ki, bayramdan bir gün əvvəl mayonezlə hazırlanan salatları və digər yeməkləri günlərlə saxladıqdan sonra qəbul etmək olmaz.
Daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media