Şəmkirdə dəmir yolu xəttində qumbara tapıldı

Şəmkirdə dəmir yolu xəttində qumbara tapıldı

Hazırda oxunan: Şəmkirdə dəmir yolu xəttində qumbara tapıldı

172125

DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinə Şəmkir rayon ərazisindən keçən dəmir yolunun yaxınlığında silah-sursat olması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və sözügedən ərazidən 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı, 2 ədəd “DQ Çeremuxa” tüstü qumbarası, 4 ədəd avtomat darağı və müxtəlif kalibrli avtomat patronları aşkar olunub.

Əraziyə ANAMA-nın əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO