Cəlilabadda fermerlər becərdikləri məhsulun pulunu ala bilmirlər - FOTO

Cəlilabadda fermerlər becərdikləri məhsulun pulunu ala bilmirlər - FOTO

Hazırda oxunan: Cəlilabadda fermerlər becərdikləri məhsulun pulunu ala bilmirlər - FOTO

172113

Cəlilabad rayonunda fermerlər becərdikləri məhsulun pulunu ala bilmirlər.

Bizim.Media-nın Cənub bürosuna bu barədə rayonun Maşlıq kəndinin bir qrup təsərrüfatçısı müraciət edib. 

Təsərrüfat sahibləri iddia edirlər ki, ötən mövsüm istixana şəraitində becərdikləri kartofu İqbal adlı bir şəxsə satıblar.

Onların sözlərinə görə, bu satışda həmin alıcıya Vüsal adlı bir həmkəndliləri vasitəçi olub. Toplanan kartoflar Rusiyaya yola salindıqdan bir-iki gün sonra pulların veriləcəyinə söz veriblər. İddiaya görə İqbalın şikayətçilərin hər birinə 3 min manatdan 10 min manata qədər borcu var.

Onların sözlərinə görə, bu aylar ərzində dəfələrlə İqballa görüşüb pullarını istəyiblər. O, hər dəfəsində ziyan etdiyini, buna görə də pulsuz olduğunu, amma tez bir zamanda borcunu ödəcəyinə söz verib. Lakin verilən sözlər vəd olaraq qalıb. Son günlər isə İqbal ümumiyyətlə, pulu verməkdən imtina edib. Ümumilikdə İqbal bizə 170 min manat vəsait borcludur.
Məsələ ilə bağlı DİN-nin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirildi ki, həmin məsələdən məlumatlıdırlar. Hazırda faktla bağlı müvafiq polis orqanında araşdırma aparılır.




Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO