Somali sahillərində daha bir yük gəmisi QAÇIRILDI

Somali sahillərində daha bir yük gəmisi QAÇIRILDI

Hazırda oxunan: Somali sahillərində daha bir yük gəmisi QAÇIRILDI

172091

Liberiya bayrağı altında Ərəb dənizində üzən “MV Lila Norfolk” yük gəmisi Somali sahillərində qaçırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “ANI” agentliyi məlumat yayıb.

Hadisə yerinə Hindistan Hərbi Dəniz Qüvvələrinin məxsus hərbi təyyarə göndərilib. 

Agentlik yazır ki, gəminin göyərtəsində 15 hindistanlı ekipaj üzvü var, gəmi təyyarələr tərəfindən izlənilir və ekipajla əlaqə qurulub. Yük gəmisinin ekipajı Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzinə verdiyi məlumata görə, yanvarın 4-də, axşam saatlarında 5 və ya 6 naməlum silahlı şəxs gəmiyə daxil olub. 

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO