Fransa ötən il 4,5 mindən çox əcnəbini ölkədən çıxarıb

Fransa ötən il 4,5 mindən çox əcnəbini ölkədən çıxarıb

Hazırda oxunan: Fransa ötən il 4,5 mindən çox əcnəbini ölkədən çıxarıb

172039

Fransa 2023-cü ildə qanuni pozmuş 4 686 əcnəbini ölkədən çıxarıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. 

Qeyd olunub ki, bu rəqəm 2022-ci ilin müvafiq göstəricisindən 30% çoxdur. Vurğulanıb ki, iki həftə əvvəl, gərgin siyasi müzakirələr fonunda, ölkədən çıxarılma prosedurlarını asanlaşdırmaq üçün immiqrasiya qanun layihəsi qəbul edilib. 
2022-ci ildə Fransa hakimiyyəti 3 615, 2021-ci ildə isə 1,8 min əcnəbini ciddi qanun pozuntusu olmasa belə ölkədən çıxarıb. 

Daxili İşlər Nazirliyi əlavə edib ki, bu siyahılara terrorçuluğu və radikallaşmanı təbliğ edən şəxslər daxil deyil. 

Parisdə prefektlərin iclasına sədrlik edən Fransanın daxili işlər naziri Gerald Darmanin bu ilk nəticəni alqışlayıb və dərc olunan kimi işin, xüsusən də immiqrasiya qanunu vasitəsilə daha da sürətləndirilməsinə çağırıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO