Mina Hüseyn: “Ailə quracağım bəy mənim evimdə də yaşaya bilər” - VİDEO

Mina Hüseyn: “Ailə quracağım bəy mənim evimdə də yaşaya bilər” - VİDEO

Hazırda oxunan: Mina Hüseyn: “Ailə quracağım bəy mənim evimdə də yaşaya bilər” - VİDEO

171985

“Yenidən ailə qurmağı çox istəyirəm. Hər bir xanım istəyir ki, o, xoşbəxt olsun. Birinci dəfə ailə qurdum, ərimlə aramda anlaşılmazlıq oldu, ayrıldım. Amma ikinci dəfə ailə qurmamışdan əvvəl 100 dəfə ölçüb, bir dəfə biçməlisən. Seçici olmalısan”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi onunla ailə qurmaq istəyən bəyin xarici görünüşündən və xüsusiyyətlərindən söz açıb: 
“Mənim kriteriyalarıma uyğun bəy üzdən “baby face” (uşaq üzlü), toppuş və şirin olsun. Şirin oğlanlardan xoşum gəlir. Həmin bəyin işi olmalıdır. Ailəsini dolandıracaq səviyyədə maaşı və pulu olmalıdır. Mənim evimvdə, avtomobilim də var. Ailədə hər şeyi kişinin üzərinə yıxmaq olmaz. Ailə quracağım bəy gəlib mənim evimdə də yaşaya bilər”. 

Qeyd edək ki, M.Hüseyn S.Həsənovla iki il əvvəl mart ayında gizli şəkildə ailə qurub. Daha sonra sənətçi ərindən ayrıldığını və boşandığını açıqlamışdı. Onun sözlərinə görə, buna səbəb həyat yoldaşının onu aldadaraq özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda ona qoyduğu qadağalar olub. Bir müddətdən sonra nişanlandığını açıqlayan Mina həmin şəxsin keçmiş əri ilə xasiyyətlərinin eyni olması səbəbindən nişanını qaytardığını söyləyib. 
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO