Dövlət qurumlarını aldadan şəxs TUTULDU

Dövlət qurumlarını aldadan şəxs TUTULDU

Hazırda oxunan: Dövlət qurumlarını aldadan şəxs TUTULDU

171889

“Xaçmaz-Quba yolunda “KamAZ” markalı yük avtomobilinin VAZ-2106 markalı minik avtomobili ilə toqquşması barədə yalan məlumat yayan şəxs məsuliyyətə cəlb olunub”. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov oxu.az saytına bildirib. 

Onun sözlərinə görə, polisə zəng edərək yalan məlumat verən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb:

“C.Əliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 564-cü (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə) maddəsinə uyğun olaraq qanunamüvafiq tədbir görülüb.”
Qeyd edək ki, ötən gecə Xaçmaz-Quba yolunda “KamAZ” markalı yük avtomobilinin VAZ-2106 markalı minik avtomobili ilə toqquşması barədə yalan məlumat yayılıb. Media ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Təcili Tibbi Yardım, Post Patrul Xidmətinin əməkdaşları hadisənin baş verdiyi deyilən yerə cəlb olunublar.

Həmin əraziyə gələn qurum nümayəndələri məlumatın yanlış olduğuna şahidlik ediblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO