ABŞ Yeni ilə yeni antirekordla başladı

ABŞ Yeni ilə yeni antirekordla başladı

Hazırda oxunan: ABŞ Yeni ilə yeni antirekordla başladı

171888

ABŞ Maliyyə Nazirliyinin rəsmi saytındakı məlumatlara görə, yanvarın 3-də ABŞ dövlət borcunun səviyyəsi 34,001 trilyon dollara çatıb.

Bizim.Media xəbər verir ki, son bir ildə ölkənin dövlət borcu 4 trilyon dollar artıb. Proqnozlara görə, Amerikanın dövlət borcu bir ildən sonra - 2025-ci il yanvarın 2-də defolt həddə çatacaq.

Qeyd edək ki, 2023-cü ilin ortalarında ABŞ prezidenti Co Bayden ölkənin milli borcunun tavanını qaldıran sənədi imzalayıb. Bu hesaba da ABŞ iqtisadiyyatı defolt vəziyyətindən müvəqqəti də olsa qurtulub. Lakin, problem qalmaqda davam edir.

Nəzərə alaq ki, 2023-cü ildə ABŞ-ın büdcə kəsiri də rekord vurub. Belə ki, ötən ilin büdcə kəsiri 1 trilyon 154 milyard olub. Ümumilikdə isə 2023-cü ilin büdcə gəlirləri 4 trilyon 638 milyard, büdcə xərcləri isə 5 trilyon 792 milyard dollar olub. 

2024-cü il üçünsə ABŞ-ın Dövlət Büdcəsinin gəlir hissəsi 4 trilyon 874 milyard, xərclər hissəsi 6 trilyon 75 milyard dollar proqnozlaşdırılır. Büdcə kəsirinin isə 1 trilyon 200 milyard dollar olacağı deyilir. Göründüyü kimi büdcə kəsiri ən azı 50 milyard artacaq. Bu isə qorxunc hadisələrdən xəbər verir.

Bu qədər borcun müqabilində ABŞ iqtisadiyyatı heç də nəzərdə tutulduğu qədər böyümür. 

“Goldman Sachs” ABŞ-ın ÜDM-in artımı ilə bağlı proqnozu da çox pessimisdir. Belə ki, proqnoza görə, ABŞ iqtisadiyyatı 2023-cü ildə 1,5% deyil, 1,1% böyüyəcək. Bu isə o deməkdir ki, ümumdaxili məhsul 2022-ci ildəki səviyyədə qalacaq. Yəni iqtisadi artım  0% səviyyəsində qalıb.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO