Azərbaycanda bütün siqaretlər bahalaşdı

Azərbaycanda bütün siqaretlər bahalaşdı

Hazırda oxunan: Azərbaycanda bütün siqaretlər bahalaşdı

171842

Bu gündən Azərbaycanda siqaretlərin qiyməti artıb. 

Bizim.Media “Qaynarinfo.az" saytına istinadən xəbər verir ki, bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb. 

“Sobranie” siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 manat qiyməti artırılıb.

Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib.

Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO