İsrail ordusu HƏMAS-ın komanda mərkəzini MƏHV ETDİ

İsrail ordusu HƏMAS-ın komanda mərkəzini MƏHV ETDİ

Hazırda oxunan: İsrail ordusu HƏMAS-ın komanda mərkəzini MƏHV ETDİ

171669

İsrail Müdafiə Qüvvələri HƏMAS və İslami Cihad təşkilatlarının Qəzza zolağında yerləşən komanda mərkəzinə məqsədyönlü reyd təşkil edib və ərazidəki terror obyektlərinin məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. 

“Qəzza zolağının şimalında quru əməliyyatı zamanı İsrail hərbçiləri Şucayyadakı Əbu əl-Ata bölgəsində terrorçuların hədəflərinə hücum ediblər. Bu terror obyektləri HƏMAS və İslami Cihad terror təşkilatları tərəfindən hərbi əməliyyatlar üçün baza kimi istifadə edilib. 
Əməliyyat zamanı qoşunlar bu terror təşkilatlarının komandanlıq mərkəzinə məqsədyönlü reyd keçirib və məscidin yaxınlığında terrorçuların istifadə etdiyi çoxlu sayda silah-sursat aşkarlayıblar”, - deyə mətbuat xidmətinin açıqlamasında bildirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO